Cümə , Oktyabr 19 2018
Ana səhifə / Sosial / Naxçıvanda pensiyalar vaxtından əvvəl verildi

Naxçıvanda pensiyalar vaxtından əvvəl verildi

Naxçıvanda 2018-ci ilin oktyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında qeyd olunub.

Qeyd olunub ki, tələb olunan vəsait Fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına, yerlərdə məcburi dövlət sosial sigorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla pensiyaçıların şəxsi hesablarına köçürülüb. 2018-ci ilin 9 ayı ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasi Qanununa əsasən pensiya hüququ yaranmış 1085 vətəndaşa əmək pensiyası təyin edilib. Yeni təyin olunan pensiyaçılardan 584 nəfəri yaşa, 152 nəfəri əlilliyə, 349 nəfər isə ailə başçısının itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.

Fond əmək pensiyaçılarına pensiyaların bankomatlardan plastik kartlarla ödənilməsini “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti və Muxtar Respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə həyata keçirib. Eyni zamanda kənd yerlərində yaşayan əmək pensiyaçılarına pensiyalar yaşayış yerlərindəki poçt bölmələri vasitəsilə çatdırılıb. Hesaplama dövründə məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların da plastik bankomat kart hesablarına və baratla poçt ünvanlarına müavinətlər ödənilib.

Həmçinin oxuyun

Sürüşmə sahəsində aktivlik davam edir

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında aktivlik dinamikası dəyişməz olaraq qalıb. Ekologiya və Təbii Sərvətlər …