Sosial şəbəkədə biz:

Naxçıvanda dövlət qurumu icra hakimiyyətlərindən 850 minlik mənzil alır

Naxçıvanda dövlət qurumu icra hakimiyyətlərindən 850 minlik mənzil alır
Xəbər Şəkli
29 July 2026, 16:10
Sosial

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Şahbuz, Ordubad, Kəngərli və Culfa icra hakimiyyətləri ilə satınalma müqaviləsi imzalayıb.

 

Məlumata görə, müqavilələrdə adıçəkilən rayonlarda iki və üç otaqlı mənzilllərin satın alınması nəzərdə tutulur.

 

Qurum Şahbuz Rayon İcra Hakimiyyətindən 229 152, Ordudab Rayon İcra Hakimiyyətində 377 440, Kəngərli Rayon İcra Hakimiyyətindən 49 088, Culfa Rayon İcra Hakimiyyətindən isə 194 992 manatlıq, ümumilikdə 850 672 manatlıq mənzil alacaq.

 

Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

 

Agentliyin satın alacağı mənzillərin sayı barədə açıq mənbələrdə məlumat yoxdur. Qaynarinfo