Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Naxçıvanda 47994 nəfərin pensiyası artırılıb

Naxçıvanda 47994 nəfərin pensiyası artırılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların hesablanması başa çatdırılıb.

Bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub. Lokal şəbəkələrin mərkəzi informasiya sistemlərinə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsinin formalaşdırılması və yeni proqram təminatları ilə təmin edilməsi nəticəsində, ölkə başçısı tərəfindən imzalanmış bu sərəncam qısa müddətdə icra edilib.

Nəticədə, muxtar respublika üzrə 47 min 994 nəfər əmək pensiyaçısının pensiyasının ümumi məbləği və 168 min 935 nəfər sığortaolunanın fərdi uçot sistemindəki fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz indeksləşdirilərək artırılıb.

Məlumat üçün bildirək ki, muxtar respublika üzrə bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, 2018-ci il fevral ayının 16-da yanvar və fevral aylarındakı artımlarla birgə əmək pensiyaçılarına ödənilib.

Azinforum.az

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …