Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Naxçıvanda 3 ayda bir nəfər yol qəzasında ölüb

Naxçıvanda 3 ayda bir nəfər yol qəzasında ölüb

2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bəhs edilən müddət ərzində yol-nəqliyyat hadisələrinin sayının xeyli azalması həyata keçirilən profilaktik tədbirlər hesabına mümkün olub. Cari ilin ilk üç ayı ərzində yol patrul xidməti tərəfindən 4450, polis inspektorları tərəfindən 278, digər aidiyyəti xidmətlər tərəfindən 14 olmaqla, ümumilikdə, 4742 protokol tərtib edilib. 

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …