Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Naxçıvanda 161 şəhid vərəsəsinə pul veriləcək

Naxçıvanda 161 şəhid vərəsəsinə pul veriləcək

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ildə görülən işlərlə bağlı iclas keçirilib.

Azinforum.az -ın məlumatına görə, iclasda bildirilib ki, əmək bazarının tələbinə uyğun olaraq təşkil edilmiş 22 peşə kursuna 337 nəfər cəlb edilib. Aktiv məşğulluq tədbirləri hesabına 2976 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, 262 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib.
Qeyd olunub ki, kənd xidmət mərkəzlərində olan vakant yerlər üzrə 138 nəfər işlə təmin edilib. Keçirilən əmək yarmarkalarında isə, ümumilikdə, 664 nəfər münasib işlərə göndərilib.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli müvafiq Fərmanının icrası ilə bağlı 149 şəhidin 161 vərəsəsinə birdəfəlik ödənişin həyata keçirilməsi məqsədilə sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …