Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Naxçıvan ordusunda hücum təyyarələrinin strateji əhəmiyyəti…

Naxçıvan ordusunda hücum təyyarələrinin strateji əhəmiyyəti…

 

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib. Uçuş zolağına doğru hərəkət edən təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçiriblər.
Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin olunub. SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksək müdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.
Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarə olunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.
Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha onu göstərib ki, Əlahiddə Ümumqoşun Ordusunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır. Uçuşları uğurla başa vuran heyətlərə komandanlıq tərəfindən təşəkkür elan edilib.
Naxçıvan səmasında bu komplektasiyada olan hücüm təyyarələrinin görünməsi necə şərh edilə bilər?

Ekspert Vüqar Qədirovun sözlərinə görə, SU-25 hücum təyyarələrinin Naxçıvan səmasında uçuş həyata keçirməsi böyük məna kəsb edir: “Bilirsiniz ki, ermənilər Naxçıvana olan iddialarından heç vaxt əl çəkmirlər. Hətta müxtəlif beynəlxalq tədbirlərdə həmin ərazilərin onlara məxsusluğu barədə sərsəm iddialar belə irəli sürməyə cəhd edirlər. Müxtəlif vaxtlarda Naxcıvana da həmlələr ediblər, ancaq uğursuzluğa düçar olublar. Son bir neçə il ərzində Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi birləşmələrin geniş təlimlərinin şahidi olmuşuq. Orada nümayiş edilən texnika, silah-sursat göstərir ki, biz nəinki Naxçıvana olunan erməni hücümunu dəf etməyə, hətta həmin cəbhə xəttindən düşmənə istənilən zərbəni vurmağa qadirik. Bununla yanaşı, Naxçıvanın qarantı rolunda həm də Türkiyə çıxış edir. 1921–ci ildə imzalanan Qars və Moskva müqavilələrinin şərtləri Naxçıvanın təhlükəsizliyini beynəlxalq səviyyədə təmin edir. Ermənistan bu faktorları dərk etdiyi üçün, Naxçıvanla bağlı son vaxtlar dezinformasiyalar dövriyyəyə buraxır. Onların mətbuatında yazılır ki, istənilən vaxt Naxçıvandan cəbhə açıla bilər. Azərbaycan hakimiyyəti bu hiylələri dərk edir və bu səbəbdən də Naxçıvanın təhlükəsizliyinə ciddi önəm verir. Hazırda Azərbaycanın dibər guşəsinin blokadada olmasına baxmayaraq, oradakı hərbi gücümüz əmin olmağımıza əsas verir. Bu günlərdə aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələrinin təlim uçuşları keçməsi bunu bir da sübut etdi ki, biz düşmənin istənilən təxribatına əks hücumla cavab verməyə hazırıq. Naxçıvana qarşı ediləcək hər hansı bir təxribat Ermənistan üçün baha başa gələ bilər. Uçuş həyata keçirən təyyarələrin malik olduğu göstəricilər onu deməyə əsas verir ki, biz düşmən ərazisində olan istənilən hədəfi məhv edə bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın