Ana səhifə / Sosial / Naxçıvan-Bakı reysində təyyarədəki nasazlıq yarandı

Naxçıvan-Bakı reysində təyyarədəki nasazlıq yarandı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.


Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Həmçinin oxuyun

“Vətəndaşın Azərbaycandakı yoxsulluqla bağlı fikirlərini qəbul etmirik”

“Statistika Komitəsinə sorğu göndərsək ki, nə qədər əhali var, o əhalinin nə qədəri işləyir, onların …