Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Naviqatordan istifadə edən sürücülər cərimələnə bilər – VİDEO

Naviqatordan istifadə edən sürücülər cərimələnə bilər – VİDEO

Yolu tanımadıqda, yaxud yolda sıxlığı öyrənmək istədikdə bir çox sürücü naviqatorlardan istifadə edir. Bəzən isə naviqatorlar yanlış yol göstərir. Bu dəfə isə naviqtaor giriş qadağan olunan yolu alternativ yol kimi göstərərək sürücünün cərimələnməsinə səbəb olub.

Naviqatorla hərəkət edən sürücü cərimə olunub.

Yusif  Şıxəliyev ölkənin ilk rəsmi naviqasiya sistemi olan Aznavdan istifadə edir. Sürücü deyir ki, şəhərdə sıxlığın olub olmamasını və tanımadığı yolları bu proqramın köməyi ilə öyrənir. Lakin sonuncu dəfə naviqator ona giriş qadağan edilən küçə ilə hərəkət istiqaməti göstərib.

Yusif Şıxəliyevin  sözlərinə görə, təkrar həmin əraziyə baxış keçirəndə giriş qadağandır nişanını sonradan görüb. Yenidən tətbiqi yoxladıqda proqramın eyni yolu göstərdiyini görüb.

Məsələylə bağlı Aznav şirkətindən bildirdilər ki, mobil tətbiqin  məlumat bazasında olan məlumatlar rüblük və yarımillik dövrlərlə yenilənir. AzNav, məlumat bazasında mövcud olan informasiyanın dəqiqliyinə zəmanət vermir. İstənilən yol-hərəkəti qaydalarının pozuntusuna görə cərimə və ya başqa cəza aldığınız halda, AzNav istənilən növ ziyan üçün məsuliyyət daşımır. Bu barədə tətbiq daxilində “Məsuliyyətdən imtina” bölməsində məlumat da verilib.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …