Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / NATO PA-nın iclasında Qarabağdan danışıldı

NATO PA-nın iclasında Qarabağdan danışıldı

NATO Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən yaz sessiyası mayın 28-də işini komitə iclaslarında davam etdirib.

Təhlükəsizliyin mülki ölçüləri komitəsinin iclasında işğal olunmuş ərazilərdə Gürcüstanın strategiyası müzakirə olunub.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Ketevan Çixelaşvili, Gürcüstanda Avropa İttifaqının monitorinq missiyasının rəhbəri səfir Kestutis Jankauskas çıxış edərək Gürcüstan ərazisindəki münaqişələrin səbəb və nəticələri barədə məlumat verib, vəziyyətdən çıxış yolları barədə fikirlərini bölüşüblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Gürcüstanın üzləşdiyi problemlərlə yaxından tanış olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü bir daha diqqətə çatdırıb.

Məsələyə münasibət bildirən nazir K.Çixelaşvili Gürcüstanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

İclasda Abxaziya və Cənubi Osetiyada silahlı birləşmələrin formalaşdırılması, Ermənistanın silahlandırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. (AzərTAc)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın