Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / NATO-dan Türkiyəyə Naxçıvan izni – Qardaş ölkə Azərbaycanda da hərbi baza qura bilər

NATO-dan Türkiyəyə Naxçıvan izni – Qardaş ölkə Azərbaycanda da hərbi baza qura bilər

Ekspert: “Qətər nümunəsi göstərdi ki…”

Bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sürgündəki hökuməti, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.

Qətər böhranı başlayandan az sonra Türkiyə bu ölkədə öz hərbi bazasını yerləşdirdi. Türkiyə NATO üzvüdür və zaman-zaman belə fikirlər bildirilib ki, NATO üzvü olması Türkiyənin başqa dövlətlər ərazisində hərbi bazalarının yerləşdirilməsinə əngəldir. Xüsusilə nə zaman Türkiyənin Azərbaycan ərazisində, əsasən də Naxçıvanda hərbi bazasının yerləşdirilməsi məsələsi gündəmə gətilibsə, bunu mümkünsüz edən arqument kimi Türkiyənin NATO üzvü olması, Azərbaycanın isə NATO-nun üzvü olmaması göstərilib.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki çıxışında bildirib ki, NATO üzvü olmayan Qətərə Türkiyənin hərbi baza yerləşdirməsi illərdir səslənən bu arqumenti alt-üst edir: “Ona görə də Türkiyə ilk növbədə Naxçıvanda hərbi mövcudluğunu rəsmiləşdirməli-hərbi bazalarını yerləşdirə bilər. Qətərdən sonra Türkiyənin hərbi bazasının yerləşdiyi ikinci ölkə niyə də Azərbaycan olmasın?!”.

Image result for “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu

Bəs, doğrudanmı NATO-ya üzvlük heç də NATO üzvü olmayan ölkəyə hərbi baza yerləşdirməyi qadağan etmirmiş? Qətər nümunəsi Türkiyənin Naxçıvanda da hərbi bazasının yerləşdirilməsini mümkün edirmi? Bunun baş tutması daha çox Türkiyədən, yoxsa Azərbaycandan asılıdır?

NATO Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, NATO-nun əsas qurucusu və lideri ABŞ-dır: “ABŞ-ın özünün NATO-dan kənar 16 əsas strateji müttəfiqi var. Yəni NATO heç kimə etiraz eləyə bilməz. Qətər nümunəsi praktiki olaraq göstərir ki, Türkiyənin ikinci bir NATO üzvü olmayan ölkədə hərbi baza yerləşdirməsi mümkündür, NATO buna mane olmur. Bu hadisə Azərbaycanda da qardaş ölkənin hərbi baza quraşdırması məsələsini aktuallaşdırır. Mən uzun illərdir bəyan edirəm ki, hətta ibtidai icma quruluşunda belə, müharibəyə cəlb olunan qəbilələr belə, savaş zamanı özlərinə müttəfiqlər arayırdılar, müttəfiq tapmadan savaşa girmirdilər. 21-ci əsrdə, müharibə vəziyyətində olan, torpaqları işğalda olan Azərbaycanın tam ixtiyarı var ki, özünə hərbi-siyasi müttəfiq seçsin. Ona görə də belə bir addım ilk növbədə Azərbaycan tərəfindən atılmalıdır. Azərbaycan Türkiyə ilə rəsmi şəkildə hərbi müttəfiqlik istiqamətində praktikik addımlar atılması üçün xüsusi səy göstərməlidir. İlk növbədə Azərbaycan addım atmalıdır, Türkiyə isə buna qarşılıq verməlidir. Onu da nəzərə almaq lazımdır ki, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb. Yəni hərbi bazanın yaradılması üçün hətta bu müqavilə əsas-siyasi, hüquqi baza ola bilər”.

Image result for NATO Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər

S.Əkbərin sözlərinə görə, Azərbaycanın bu addımı atmasına əsas maneə Rusiya faktorudur: “Azərbaycan hakimiyyəti Rusiyadan ehtiyatlanır. Ermənistan-Azərbaycan münaqişəsi deyilən hadisə Rusiyanın Ermənistan vasitəsilə Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Azərbaycan hakimiyyəti də bu müharibənin Rusiya ilə olduğunu bilir. Ona görə də Rusiyadan ehtiyatlanır və dediyimiz addımı atmır. Azərbaycan tərəfi istəyərsə, Türkiyə ən azı Naxçıvanda hərbi bazanı yarada bilər. Onu da nəzərə almaq lazımdır ki, Rusiya işğalçı Ermənistanın ərazisində çox böyük bir hərbi baza saxlayır. Bu, hərbi bazadan da irəli gedir, burada Rusiyanın böyük strateji deposu var. Ona görə də Azərbaycan Türkiyə ilə birgə hərəkət edərək Naxçıvanda hərbi baza yarada, Azərbaycan-Türkiyə birgə hərbi birlikləri yaradıla bilər”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın