Ana səhifə / Sosial / Natiq Cəfərli: “Yolların təmiri bələdiyyə sədrinə tapşırılmalıdır”

Natiq Cəfərli: “Yolların təmiri bələdiyyə sədrinə tapşırılmalıdır”

“Azərbaycanda rayon yolları, iç yollar, yəni ikinci əhəmiyyətli yolların yurisdiksiyası ilə bağlı problem var. Bəziləri “Azəryolservis”in nəzdindədir, bəziləri icra hakimiyyətlərinin, hətta bəzi yollar bələdiyyənin balansındadır. Bu cür çox ciddi idarəetmə problemi var”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Normalda düşüncəm budur ki, böyük şəhər, rayon bələdiyyələri yaradılmalıdır. Birbaşa bələdiyyə başqanı seçkiləri olmalıdır. Bütün iç, ara, respublika əhəmiyyətli olmayan yolların təmiri bələdiyyə məclisinə, sədrinə tapşırılmalıdır. Onlar da vətəndaş qarşısında məsuliyyətli şəkildə bu işi yerinə yetirməlidirlər. Necə ki bunu qardaş Türkiyədə görürük. Qonşu ölkələrdən Gürcüstan da eyni qaydada idarə olunur. Avropa ölkələrində isə bu qayda çoxdan var. Böyük şəhər bələdiyyələrinin yaradılması infrastruktur layihələrində müsbət təsir göstərə bilər”, — ekspert bildirib.

Həmçinin oxuyun

Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? 

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü,  3 ton …