Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Sosial / Nardaranda susuzluq bağları dağa döndərib – VİDEO

Nardaranda susuzluq bağları dağa döndərib – VİDEO

Nardaran qəsəbəsi Ləhiş bağları adlanan yaşayış massivinin baxmayaraq ki, yarım əsr yaşı var, içməli su xətti yoxdur. İlin-günün bu vaxtı sakinlərin işi Allaha qalıb desək, yanılmarıq. Sakinlərin sözlərinə görə, ailə tərkibinin sayından asılı olaraq, iki həftədən bir, bəzən də hər həftə maşınla su alırlar.

Baku.tv-yə verdiyi müsahibəsində məsələyə münasibət bildirən Azərsu ASC-dən deyilib ki, həmin ərazi baş plandadır. Lakin əvvəlcə Bakıətrafı qəsəbələrdə, daha sonra isə bağ yaşayış massivlərində içməli su xətti çəkiləcək.

Başa düşüləndir ki, son zamanlar iqlim dəyişikliyi səbəbindən ölkə ərazisində su qıtlığı yaşanır. Lakin yaşayış ərazilərinə bu dövrə kimi hələ də içməli su xəttinin çəkilməməsi bizim üçün də qaranlıq qalıb.

Həmçinin oxuyun

Məktəblərdə koronavirusa daha 7 şagird yoluxdu

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb. Məlumata görə, sentyabrın 23-də …