Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Sosial / “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

“Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

“Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi Bütün “Nar” abunəçiləri, Ramazan ayı boyunca balanslarına yüklədikləri qədər məbləği dərhal bonus olaraq qazanırlar. Ramazan bonusları ölkədaxili bütün istiqamətlərdə zənglərə, həmçinin SMS və mobil internet xidmətindən istifadə etmək üçün sərf edilə bilər. Ramazan kampaniyasına qoşulan abunəçilər, faktiki olaraq, ikiqat sərfəli qiymətə danışmaq imkanı əldə edir. Üstəlik, “Nar” abunəçisi mobil xidmətlərdən istifadə edərkən, xidmət haqqı ilk növbədə balansdakı məbləğdən deyil, bonuslardan çıxılır. Kampaniyaya qoşulmaq üçün sadəcə *777#710#YES şifrəsini yığmaq kifayətdir. Qeyd edək ki, Ramazan bonusu qazanmaq üçün balansı ən azı 2 AZN məbləğində artırmaq lazımdır. Bu kampaniya tamamilə pulsuzdur və heç bir əlavə ödəniş mövcud deyil. Kampaniya iyun ayının 19-na qədər davam edəcək. Bonusların istifadə müddəti kampaniyanın sonuna qədərdir. Bonusları *777#20#YES şifrəsi ilə yoxlmaq mümkündür.

Həmçinin oxuyun

Marketləri bəzəyən bu konfetlər təhlükə saçır – Ekspertdən həyəcan siqnalı

Tez-tez sosial şəbəkələrdə istehlakçılar müxtəlif marketlərdə satılan konfetlərin və ya şokoladların içərisindən qurd çıxması, keyfiyyətinin …