Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Namizədliyini verən başçı müavinləri – Siyahı

Namizədliyini verən başçı müavinləri – Siyahı

Rayon İcra Hakimiyyətləri parlament seçkilərinə xüsusi olaraq hazırlaşır. Mərkəzi Seçki Komissiyasının bu günə olan hesabatına görə, 5 başçı müavini deputat olmaq üçün yarışacaq.

 
Azinforum.az Axar.az-a istinadən xəbər verir ki,  Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Naqif Həmzəyevin 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Quba RİH başçısının Humanitar məsələlər üzrə müavini Afət Həsənova 52 saylı Quba Seçki Dairəsindən deputatlıq uğrunda mübarizə aparacaq. Onun bu dairədən əsas rəqibi Milli Məclisin üzvü Vahid Əhmədovdur.
Xaçmaz RİH başçısının İƏD üzrə nümayəndəsi Eldəniz Səlimovun 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən namizədliyi təsdiq olunub. Sentyabrın 14-də İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi E.Səlimovun qalib gəlmək şansı yüksəkdir.
Şəmkir RİH başçısının müavini Sona Əliyeva da deputatlıq iddiasını ortaya qoyub. Hakim partiyanın namizədi olan S.Əliyevanın 99 saylı Şəmkir kənd Seçki Dairəsində rəqibləri hələlik qeydə alınmayıb.
Hakim partiya Xəzər RİH başçısının müavini Lalə Əhmədovanın namizədliyini 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürüb. Sözügedən dairədən ötən seçkidə millət vəkili seçilən Ülvi Quliyev 15 saylı Yasamal birinci seçki dairəsindən namizəddir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın