Ana səhifə / Sosial / Namiq Abbasov Eldar Mahmudovdan danışmaq istəmədi: “Hələ gözləyirəm…”

Namiq Abbasov Eldar Mahmudovdan danışmaq istəmədi: “Hələ gözləyirəm…”

Keçmiş  milli təhlükəsizlik naziri Namiq Abbasov hazırda MTN-in keçmiş vəzifəli şəxsləri ətrafında baş verən qalmaqallı prosesləri şərh etməkdən imtina edib.

Modern.az saytının keçmiş nazirdən bu hadisələrə dair şərh almağa cəhd göstərib, ancaq Namiq Abbasov deyib ki, heç bir halda şərh verməyəcək: “Mənim MTN-də baş verən bu hadisələrlə bağlı çıxış etməyim məsləhət deyil. Məhz ona görə ki, mən MTN-dən getdim, o, (Eldar Mahmudov-red.) gəldi. Sonra bu qədər hadisələr oldu. Mənim danışmağım oradan getdiyim üçün incimiş adamın çıxışı kimi anlaşılacaq. Bu barədə danışmağı lazım bilmirəm. Müsbət də nəsə deyə bilmərəm. Bu barədə mən yox, kənar adamlar danışsa, doğru olar. Hadisələr sovuşana, tamam sakitləşənə qədər qəti surətdə çıxış etməyəcəm. Bax, o zaman nəsə bir rəy bildirə bilərəm”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın