Çərşənbə , Fevral 20 2019
Ana səhifə / Sosial / Nabran meşələrindən utancverici görüntülər (VİDEO)

Nabran meşələrindən utancverici görüntülər (VİDEO)

Nabranda meşənin zibillənməsi ilə bağlı video yayımlanıb.
Oxu.Az-ın məlumatına görə, meşəlikdə qalaqlanmış zibilləri əks etdirən videonu ora istirahətə gedən vətəndaşlardan biri çəkib.
Vətəndaş bildirib ki, qarşılaşdığı mənzərə utancvericidir:
“Nabran ərazisində olan meşə gözəldir, amma ora atılan zibillər utancverici mənzərə yaradır. Mən utanıram ki, təbiətlə bu cür davranan insanlarla birgə yaşayıram”.
Qeyd edək ki, videoda insanların yay vaxtı istirahət üçün üz tutduqları Nabranda müxtəlif məişət tullantıları, ərzaq qalıqları əks olunub.

Həmçinin oxuyun

Azərbaycanda münaqişəli ailələrin sayı artır

“Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma …