Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nəsimi rayonunda yeni park istifadəyə verildi
????????????????????????????????????

Nəsimi rayonunda yeni park istifadəyə verildi

Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma yaşıllaşdırma işləri davamedir.

Cari ilin may ayının 10-da   4-cü mikrorayonərazisində, Cavadxan küçəsinin H.Seyidzadə M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahətparkı sakinlərin istifadəsinə verilmiş,  sakinlərin asudəvaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişə yaşıl ağaclar gül kollarıəkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dənartıq yeni qazon örtüyü 350 kv.mdən artıq süniqazon döşənmiş, 500 metrdən artıq suvarma xəttiçəkilmişdir.Parkda sakinlərin istirahəti, uşaqların gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçüntam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığıquraşdırılmış,  10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaqoyun əyləncə qurğuları montaj olunmuş, park boyuncaidman yürüşü üçün zolaq salınmışdır.

Cavadxan küçəsi boyunca 0, 03 ha sahədə əsaslı təmir və abadlıq işləri davam etdirilərək parka əlavə olunmuş, yeni yaradılmış istirahət guşəsi sentyabr ayının 25-də sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, yeni avadanlıq və qurğular quraşdırılmış, əhalinin asudə vaxtlarını səmərəli keçirilməsi və  istirahəti üçün parkda yeni skamyalar  qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarını maraqlı keçirmələri üçün xüsusi uşaq əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən 8 ədəd gecə işıqlandırılması sistemləri quraşdırılmış, 500 kvm qazon döşənmiş, uzunluğu 150 metr olan beton qaçış-yürüş yolu əvvəlki parkdakı yürüş zolağına əlavə olunmuş, 1050 kvm əraziyə tamet daşları döşənmiş,250 p.m bardür daşları qoyulmuşdur.

Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşdü. Sakinlərlə görüş zamanı Asif Əsgərov ölkəmizdə, o cümlədən Nəsimi rayonunda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən danışaraq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr barədə sakinlərə geniş məlumat verdi.  Görüş zamanı sakinləri maraqlandıran suallar cavablandırıldı, qaldırılan problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.

Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …