Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Nəsimi rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinə yekun vurulub

Nəsimi rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinə yekun vurulub

Aprel ayının 10-da  Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin  yekun mərhələsi keçirildi.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov,  Nəsimi rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon məktəb direktorları, tarix müəllimləri və şagirdlər iştirak edib.

Qonaqlar ilk öncə müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladıqları sərgi – təqdimat ilə yaxından tanış oldular.

Daha sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Gülarə Verdiyeva çıxış edərək Azərbaycan xalqı, Azərbaycan gəncliyi var olduqca Ümummili lider Heydər Əliyev ideyalarının da var olacağına əminliyindən bəhs etdi.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirdi.


Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilərək komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən çox elmi işdən seçilmiş 10 ən yaxşı  referat – məktəblilərin hazırladığı təqdimatlar təqdim edildi.
       Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, müsabiqənin keçirilməsində yaxından iştirak edən tarix müəllimlərinə  Fəxri Fərmanlar və müsabiqədə fəal iştirak edən məktəblilərə isə Təşəkkürnamələr  təqdim olundu.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …