Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə görüş keçirilib

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə görüş keçirilib

Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri  olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq  müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər, və müxtəlif səbəblərdən əlil olmuş insanlar, saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı  ilə tədbir keçirilmişdir. Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü  və Yeni il münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin  Başçısı Asif Əsgərov  dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır.

Asif Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. İl  ərzində Nəsimi rayon İcra hakimiyyəti  tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli  tədbir təşkil olunmuşdur.

“Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və digərləri  əlil vətəndaşlarımıza və sağlamlıq imkanları məhdud olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmuşdur.

Tədbirdə saglamlıq imkanları məhdud olan şəxslərə bayram hədiyyələri təqdim olunmuşdur. Tədbirdə birinci qrup əlil Sənubər Bayramovaya və  müraciətinlərinə əsasən digər iştirak edənlərə    əlil arabaları və digər müvafiq yardımlar göstərilmişdir.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva iştirak etmişdir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …