Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Nəsimi rayon İcra Hakimiyyəti gənclərin Qubada istirahətini təşkil etdi – FOTO

Nəsimi rayon İcra Hakimiyyəti gənclərin Qubada istirahətini təşkil etdi – FOTO

Yay günlərində gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər keçirilir.

Bununla əlaqədar Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, təhsildə fərqlənən, həmçinin sahibkar gənclərin iştirakı ilə Quba rayonuna ekskursiya təşkil edilib. Gənclər Quba rayonunun ərazisində yerləşən tarixi-mədəni obyektlərlə yaxından tanış olublar. Həmçinin gənclərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilib. Gənclər Qubanın Qəçrəş kəndində birlikdə nahar edib, əyləncəli tədbirlərdə – idman və intellektual yarışlarda iştirak edərək mənalı istirahət keçiriblər.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …