Ana səhifə / Sosial / Nəhayət!.. Süpürgəçilərin əvəzinə Bakı küçələrində texnika peyda olacaq

Nəhayət!.. Süpürgəçilərin əvəzinə Bakı küçələrində texnika peyda olacaq

Son bir neçə ay ərzində sosial şəbəkələrdə və ölkə KİV-lərində Bakı küçələrində süpürgəçi qadınların bitib-tükənmək bilməyən ölüm və yaralanma hallarının müzakirəsi aparılır.

Küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir. Məlumatlar dərc edilir ki, küçələrdə hətta qolu sınmış halda süpürgəcilər də işləyir.

KİV bəzi rəqəmlər də paylaşır: yolların zibilini təmizləyən 7 süpürgəçi qadın həlak olub. Son faciəvi hadisə, virtualaz.org-un yazdığı kimi, avqustun 12-də baş verib.

Lakin ümid var ki, vəziyyət düzələcək.

Virtualaz.org-a məlumatlı mənbələrdən daxil olan informasiyaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin yeni rəhbərliyi süpürgəçilərin əl əməyi ilə zibilin yığışdırılması məsələsinə xüsusi diqqət ayırıb.

Bundan əlavə, prezident İlham Əliyevin göstərişi ilə xüsusi proqram hazırlanır ki, onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına aparıcı avropalı ekspertlər cəlb olunub ki, onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər.

“Əlbəttə, insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir”, – mənbə bildirib.

Bundan əlavə. Sürücülər tərəfindən sürət həddinin aşılması da qeyd olunur. Körpülərdə müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri 80-100 km/saat sürətlə hərəkət edirlər. Bu kompleks problemdir və ölkə və şəhər rəhbərliyi artıq onun həlli üzərində işləyir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …