Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “Nəzarət Palatası hüquq-mühafizə orqanı deyil, polis deyil….”

“Nəzarət Palatası hüquq-mühafizə orqanı deyil, polis deyil….”

Deputat Siyavuş Novruzov parlamentdəki bugünkü çıxışı zamanı Maliyyə  Bazarlarına Nəzarət Palatasının yaradılmasının müsbət tərəflərindən danışıb. Deputat, həmçinin onu da bildirib ki, Maliyyə  Bazarlarına Nəzarət Palatasının yaradılması son dövrlərdə artan oğurluq və digər cinayətkarlıq hadisələrinin azalmasına səbəb olacaq.
Moderator.az millət vəkilinin bu fikrinə Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürovla aydınlıq gətirməyə çalışıb. Maliyyə  Bazarlarına Nəzarət Palatasının oğurluq və cinayət hadisələrin kökünün kəsilməsində nə kimi xidməti ola biləcəyini aydınlaşdırmağa çalışıb.
Vəkil ilk öncə  Maliyyə  Bazarlarına Nəzarət Palatasının müsbət tərəflərini açıqlayıb: “Üç qurumun birləşdirilərək Maliyyə  Bazarlarına Nəzarət Palatasının yaradılmasının ilk növbədə müsbət tərəfi odur ki, bundan sonra bir məsələylə üç qurum yox, konkret olaraq bir qurum məşğul olacaq. Maliyyə münasibətlərinin, qiymətli kağızların alqısı-satqısı, dəyişdirilməsi, buraxılması məsələlərin bir təşkilat tərəfindən tənzimlənməsi ilə nəticələnəcək. İkinci tərəfdən də, dünyanın bir çox ölkələrində belə təşkilatlar yaradılır. Yəni maliyyə bazarının konkret olaraq bir təşkilat tənzimləyir, həmçinin də bildiyimiz kimi bu sahədə artıq bir çox lisenziyalar, icazələr ləğv olunub. Ölkə başçısı tərəfindən atılan bu müsbət addım nəticəsində yəqin ki, sahibkarlar bundan sonra da əvvəlki kimi qiymətli kağızlar bazarında lisenziya almağa məcbur olmayacaqlar. Müxtəlif sənədlərin toplanması, təqdim olunması, rüsumların ödənilməsi, əlavə olaraq lisenziya nəzarəti yükü onların üzərindən götürüləcək”.
V.Şükürov daha sonra deputatın “Maliyyə  Bazarlarına Nəzarət Palatasının yaradılması son dövrlərdə artan oğurluq və digər cinayətkarlıq hadisələrinin azalmasına səbəb olacaq” fikrinə münasibət bildirib: “Konkret olaraq cinayətkarlığın azalacağı məsələsinə gəldikdə isə, deputatın bu fikri söyləyərkən nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Bu qurum hüquq-mühafizə orqanı deyil, polis deyil və ya qurumun əlində elə bir imkan yoxdur ki, vətəndaşları oğurluqdan, cinayət xarakterli qəsplərdən spontan şəkildə qorusun. Belə bir məsələ yoxdur və ola bilməsi də mümkün deyil”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın