Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / Nəvəsinə işgəncə verən nənə: “Uşaq nevroloji xəstədir”

Nəvəsinə işgəncə verən nənə: “Uşaq nevroloji xəstədir”

Sosial şəbəkələrdə Sumqayıt şəhərində yaşayan azyaşlının nənəsi tərəfindən qeyri-insani rəftara məruz qalması ilə bağlı məlumatlar yayılıb.Nəvəsinə şiddət göstərdiyi deyilən nənə Ülviyyə Abdullayeva Baku TV-yə açıqlama verib.

O, nəvəsinə fiziki zorakılıq tətbiq etmədiyini deyib:

“Əminəyə qışqırırdım, onu danlayırdım. Onu cəzalandırmaq üçün deyirdim ki, qapının arxasında dayan, bir saat oyuncaqla oynamayacaqsan. Amma döymək mənim tərbiyəmə ziddir”.

Ü.Abdullayevanın sözlərinə görə, nəvəsi nevroloji xəstədir:

“Stolun, çarpayının üstünə çıxır. Yanında adam olmayanda özünü yerə çırpır”.

Nənə həmçinin qeyd edib ki, onu polisə şikayət edən şəxs nəvəsini sənədsiz şəkildə övladlığa götürən qadındır:

“Məni şikayət edib ki, uşağı məndən alıb, ona versinlər. Bu, mümkün deyil. Uşağı dövlət məndən alsa belə, onlara verilməyəcək”.

Həmçinin oxuyun

Rəqsanə İsmayılova “sələmçi polis rəisinin” onun evini mənimsədiyini deyir

“Nəyə görə Polis İdarəsində işləyən rəis insanlara pul verib, camaatı aldatmalıdır?” Bu sözləri müğənni Rəqsanə …