Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / Nərmin 40 gün bu evdə saxlanılıb -Video

Nərmin 40 gün bu evdə saxlanılıb -Video

Xəbər verdiyimiz kimi, 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin tutularaq istintaqa cəlb edilib.

Belə ki, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Rəsmi məlumata görə, onun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. /Qafqazinfo

İ.Süleymanovun evindən görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …