Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Nərimanov rayonunda söküntü özbaşınalığı: növbə tarixi binalara çatdı

Nərimanov rayonunda söküntü özbaşınalığı: növbə tarixi binalara çatdı

Bakının Nərimanov rayonunda “pilot layihə” adı altında köhnə binaların sökülərərək yerlərində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə yönələn, sakinlərin evlərində faktiki zorla köçürülməsi ilə müşaiyət olunan xaotik kampaniya arxitektur binaları da hədəf alıb. Virtualaz.org xəbər verir ki, rayonun Tələt Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən, dövlət səviyyəsində tarixi tikili kimi qorunan beşmərtəbəli daş binaların söküntüsü gedir. Bu barədə redaksiyamıza sakinlər məlumat veriblər.

Həmin binaların sakinləri evlərini tərk etməli olublar və kirayə mənzillərə köçüblər. Söküntünü Nərimanov rayon İcra Hakimiyyətinin qərarı əsasında heç kimin tanımadığı hansısa MMC aparır. Hansı ki, bu cür tikililəri sökmək üçün Nazirlər Kabinetininin xüsusi qərarı, dövlət komissiyasının rəyi olmalıdır. Lakin binaların dövlət tərəfindən qorunmasına məhəl qoymadan onları buldozerlərin qabağına veriblər.

Bu, Bakıda son illər müasirləşmə və abadlaşma adı altında çoxsaylı tarixi binaların darmadağın edilməsinin, şəhərin tarixi görkəminin silinməsinin davamıdır. İndiyədək Bakının “Sovetski” adlanan məhəlləsində, Füzuli küçəsində və digər yerlərində də 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində inşa edilmiş bir çox tarixi binalar sökülüb. Virtualaz.org yaxın vaxtlarda Tələt Şıxəliyev küçəsində tarixi binaların sökülməsi ilə bağlı geniş reportaj təqdim edəcək.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …