Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nəcməddin Sadıkovun qalmaqallı köməkçisinə vəzifə verildi – Təyinat

Nəcməddin Sadıkovun qalmaqallı köməkçisinə vəzifə verildi – Təyinat

Müdafiə Nazirliyinin Silahlanma idarəsinə yeni rəis təyin olunub.
Bir müddət əvvəl rütbəsi aşağı salınaraq vəzifəsindən azad edilmiş Yaqub Əhədovun yerinə Silahlı Qüvvələrin Baş Qərargahının Koordinasiya İdarəsinin rəisi, polkovnik Elxan Məcidov gətirilib.
E.Məcidov Koordinasiya idarəsinin rəisi vəzifəsində çalışmazdan əvvəl Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi olub(olke.az).
Xatırladaq ki, Məcidovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. Belə ki, mətbuat ötən il Məcidovun zabit və əsgərləri öz villasında tikinti işlərində çalışdırdığını yazmışdı.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın