Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Nə yaxşı ki, gələcəyimizi düşünən prezidentimiz var” – Fazil Mustafa

“Nə yaxşı ki, gələcəyimizi düşünən prezidentimiz var” – Fazil Mustafa

Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında öz deputat həmkarlarını qınayıb.
Moderator.az xəbər verir ki, buna səbəb parlamentin yaz sessiyasının son iclaslarının birində ikinci oxunuşun müzakirəsindən keçən “Elm haqqında” qanun layihəsi ilə bağlı həmkarlarının səsləndirdikləri fikirlər olub.
Millət vəkili xatırladıb ki, o zaman həmin qanun layihəsindən möhlət hüququnun çıxarılmasını az qala bütün millət vəkilləri dəstəkləyiblər: “Ancaq nə yaxşı ki bizim təhsilimizi, gələcəyimizi düşünən prezidentimiz var. Millət vəkillərinin bütün çıxışları, protokolları durur. Yəqin ki, ölkə başçısı da millət vəkillərinin fikirlərindən sonra belə bir qərar qəbul edib. İctimaiyyətin fikrini nəzərə alıb. O hər şeyi bizdən daha yaxşı görür. Biz burada nə dediyimizə fikir verməliyik ki, sonradan pis vəziyyətə düşməyək”.
Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinə əsəbi şəkildə cavab verib: “Əslində möhlət hüquqi həmin qanunun predmeti deyildi. Ona görə də həmin qanundan çıxarılmalı idi. Möhlət hüququ məsələsi ilə bağlı qərar vermək səlahiyyəti də cənab prezidentə məxsus idi. O bunu nə zaman edəciyinə özü qərar verir. Yəni, indi kimsə özünü “geroy” hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim. Bu məsələ ilə bağlı qərarı prezident verib və verir”.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın