Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Müxalifətçi qadın İlham Əliyevlə həmrəyliyini bildirdi: “Avroparlamentdə təxribat hazırlanırdı”

Müxalifətçi qadın İlham Əliyevlə həmrəyliyini bildirdi: “Avroparlamentdə təxribat hazırlanırdı”

Praqada yaşayan siyasi emiqrant Mətanət Əzizova fəalları tədbirlərdə iştirak etməzdən əvvəl şəraiti öyrənməyə çağırıb.

“Facebook” sosial şəbəkəsindəki səhifəsində M.Əzizova qeyd edib ki, Avropa Parlamentində Azərbaycan üzrə “ictimai dinləmələr”in təşkilatçılarından biri Çexiyadan olan deputat Yaromir Şteninadır.

“Bu insan Azərbaycana nifrət edir. O, “Artsax”ın müstəqilliyi arzusu ilə yaşayır və bunu gizlətmir. Mən fəallara müraciət edirəm: sizi tədbirə dəvət ediblərsə, kiminlə bir masa arxasında oturacağınıza diqqət edin”, – o deyib.

Bildirək ki, Mətanət Əzizova Azərbaycanı bir neçə il öncə tərk edib. Müxtəlif beynəlxalq təşkilatlar onu siyasi baxışlarına görə təqib edilən kimi qəbul ediblər və buna görə də, M.Əzizovanın obyektivliyinə şübhə yaranmır.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin başçısı Antonio Tayani ilə görüşdən imtima edib. İmtinanın səbəbi kimi Tayaninin Azərbaycana aid təxribatçı tədbirdə iştirak etməsi göstərilib. (Virtualaz.org)

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın