Ana səhifə / Sosial / “Müxalifət ordusuz generala bənzəyir” – YAP-çı deputat

“Müxalifət ordusuz generala bənzəyir” – YAP-çı deputat

“Azərbaycan müxalifəti xaricdən gələn tapşırıqların yerinə yetirilməsinə, bəzi Anti-Azərbaycan dairələrinin agenti rolunu oynamağa çalışır”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadənin AzVision.az-a müsahibəsində deyib.
YAP funksioneri müxalifət təmsilçilərinin ötən gün keçirdiyi `anti-böhran` tədbirinin Azərbaycan cəmiyyəti üçün əhəmiyyətsiz olduğunu, radikalların şəxsi maraqları naminə gündəmə gəlmək istədiklərini bildirib.

– Ötən gün bir qrup müxalifət təmsilçisi ölkədəki iqtisadi vəziyyətlə əlaqədar toplantı keçirib. İclasda belə bir fikir səslənib ki, müxalifətin bu tədbirləri başlanacaq xalq hərəkatının qığılcımlarıdır. Hakim partiyanın rəsmisi olaraq bu fikirlərə münasibətiniz necədir?

– Hazırkı radikal müxalifət ordusuz generalla bənzəyir. Onlar planlar qurur, kiminsə adından danışır, özlərini qüvvə hesab edirlər. Amma arxalarında sosial baza yoxdur. Onların keçirdikləri tədbir müxalifyönlü qrup rəhbərlərinin növbəti toplantısıdır. Bunların nə xalqın adından danışmaq səlahiyyətləri var, nə də xalqın maraqlarını ifadə edirlər.

Dünyada maliyyə-iqtisadi böhran gedir. Hər bir dövlət böhrandan çıxmağın yollarını axtarır. Azərbaycan bu sırada ən uğurlu nəticələr əldə edənlərdəndir. Bunun nəticəsdir ki, Beynəlxalq Valyuta Fondunun prezidenti Kristian Laqard Azərbaycanı digər ölkələrə nümunə göstərmişdi. Bu gün ölkənin valyuta ehtiyatlarının dağılmaması, yeni valyuta axınını cəlb edilməsi üçün işlər həyata keçirilir. Sahibkarların dəstəklənməsi üçün əlavə dövlət qrumları yaradılıb. Bu gün stabillik üçün ciddi addımlar atılıb və nəticəsi də var.

Müxalifətin böhrandan çıxış üçün nə təqdim etdiyi isə aydın deyil. Çünki, onlar ümumi bəyanatlar verir, özlərinin hakimiyyətə gəlməyinin vacibliyini vurğulayırlar, amma, nə təklif etdikləri aydın deyil. Tədbir keçirmək olar. Ancaq, onlar keçirdikləri tədbirin təkliflər paketini YAP-a göndərməyib. Biz müxalifətdən heç bir təklif almamışıq. Bütün bunlar göstərir ki, müxalifət proseslərə qeyri-ciddi yanaşır. Onların keçirdiyi tədbirlər mətbuat səhifəsində düşməkdən başqa bir şey deyil. Müxalifət partiyaları bu cür addımlarla gündəmdə qalmağa çalışır. Bu isə belə bir təəssürat yaradır ki, müxalifət gündəlik baş verən hadisələrlə yaşayırlar. Çünki, nə strategiyaları, nə taktikaları, nə ciddi tədbirlər planı, nə də beyin mərkəzləri var. Onlar cəmiyyətin maraqlarını ortaya qoya bilmirlər. Bu baxımdan “Azərbaycan müxalifətinin tədbirlər planı var” bəyanatı sadəcə piar aksiyasıdır.

– Bu tədbirdə iqtidarla dialoqun vacibliyi vurğulanır. Bir yandan xalq hərəkatının qığılcımlarından danışırlar, digər yandan isə iqtidarla dialoqdan. Nə dərəcədə doğru yanaşmadır?

– Anormal yanaşmadır. Ümumiyyətlə, müxalifətin bəyanatları bir-birini təkzib edir. Buna baxmayaraq, dialoq olacaq. Çünki, YAP belə dialoqların təşəbbükarı olub və bundan sonra da olacaq.

– Tədbirdə belə bir təklif səsləndirilib ki, hakimiyyət beynəlxalq aləmdən gələn təzyiqlərə əməl etmək istəmir. Bu barədə nə deyə bilərsiniz?

– Onların nə üçün bu məsələdə maraqlı olduqları aydındır. Belə bir addım atmaqla onlar nəyi etiraf etmək istəyirlər? “Beşinci kolon”un münayəndələridir, yoxsa xarici mərkəzlərin agentura şəbəkəsi? İstənilən milli-siyasi qüvvə ilk növbədə təmsil etdiyi cəmiyyətin maraqlarını ortaya qoymalıdır. Azərbaycan müxalifəti isə xaricdən gələn tapşırıqların yerinə yetirilməsinə, onların agenti rolunu oynamağa çalışır. Müxalifətin bu bəyanatı qeyri-ciddir. Eyni zamanda müəyyən şübhələr doğurur. Bu gün Azərbaycanın öz problemlərini həll etmək üçün kifayət qədər intellektual potensialı var.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın