Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Müxalifət Məhəmməd Əminin xatirə yerinə niyə ayrı-ayrı gedir?

Müxalifət Məhəmməd Əminin xatirə yerinə niyə ayrı-ayrı gedir?

Ramiz Tağıyev: «Müxalifətin həmin tədbiri bir yerdə keçirməsi üçün heç bir ciddi maneə görmürəm»

«Bu fakt bir daha sübut edir ki, deyilən cameədə ideoloji boşluq mövcuddur»

Azərbaycan təqvimində xüsusi yer tutan günlərdən biri də 28 Maydır. Bu günün tarixi haqda çox danışılıb və yazılıb. Bəllidir ki, müasir Azərbaycan dövləti özünü 1918-ci ildə qurulan və Şərqdə ilk demokratik resspublika sayılan ADR-in varisi sayır.

Bizim müxalifət də həmin tarixi Azərbaycanın şanlı səhifəsi hesab edir. Yəni bu məsələdə müxalifətlə iqtidar arasında ciddi fikir ayrılığı yoxdur. Bəzi müxalif partiyalar və təsisatlar isə həmin tarixdən öz maraqları üçün istifadə edir. Belə ki, onlar ADR dövründə olan adlarla çıxış edir. Özünü müxalifətin avanqardı sayanların adlarına nəzər salaq. Müsavat, Milli Şura və s. O da məlumdur ki, yalnız adı mənimsəməklə bütün problemlər öz həllini tapmış olmur.

Bir maraqlı faktı da qeyd edək ki, sözügedən qurumlar həm də özünü Rəsulzadə-Elçibəy yolunun davamçısı sayır. Belə olan təqdirdə onlar arasında ideoloji bağlılığın olması zəruridir. Bu belədirmiğ

Müxalifətin sözügedən cameəsinin hərəkətlərinə baxanda bu sarıdan ciddi problemin yaşandığı diqqəti cəlb edir. Bir fakta nəzər salaq. Hər il olduğu kimi, bu il də müxalif qüvvələr 28 May günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib. Maraqlıdır ki, özünü eyni ideoloji xəttin davamçıları elan edənlər bu ziyarəti ayrı-ayrılıqda edir və özlərinə yaxın olan media vasitələrinə «Müsavat Novxanıda oldu», «Milli Şura Cumhuriyyət gününü Novxanıda qeyd etdi» kimi məlumatlar sızdırır.

Müxalifətin sözügedən kəsimi niyə 28 May bayramını bir yerdə qeyd edə bilmir?

Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan Ramiz Tağıyev  açıqlamasında bildirdi ki, ADR və M.Rəsulzadəni heç kim özününküləşdirə bilməz: “Düzdür, bəzi qurumlar «kopirovkaya» can atır, ancaq el gözü tərəzidir. Etiraf etmək lazımdır ki, hakimiyyətin özü də 28 Mayı böyük təntənə ilə qeyd edir. Həmin gün bütün Azərbaycan üçün əlamətdar sayılır. Çünki 28 May tarixdə yaşadılmasa idi, bizim dövlətçilik şüurumuz zəif olardı. Bu bizim dövlətimizin şanlı tarixidir. Bəli, bəzi müxalif partiyaların 28 Mayla bağlı keçirdiyi tədbirlərin pərakəndə halda baş tutması maraqlı görünür. Məntiqlə həmin partiyaların ideoloji əsaslarında ciddi fərq nəzərə çarpmır. Söhbət fərdlərdən deyil, ideologiyadan gedirsə, onda bütün umu-küsü kənara atılmalıdır. Müxalifətin həmin tədbiri bir yerdə keçirməsi üçün heç bir ciddi maneə görmürəm. Bu fakt bir daha sübut edir ki, deyilən cameədə ideoloji boşluq mövcuddur. Özü də bu boşluq partiyaların aşağı təbəqəsi deyil, üst qatında var. Çünki qərarı onlar verir».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın