Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Sosial / Müxalifət liderlərinin YAP-çı rəqibləri – Siyahı

Müxalifət liderlərinin YAP-çı rəqibləri – Siyahı

Dünəndən etibarən YAP-ın açıqladığı 2015- ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı geniş müzakirələrə səbəb olub.“Qafqazinfo” bu məqamda ölkənin aparıcı müxalifət partiyası olan Müsavat Partiyasının seçkilərdə irəli sürdüyü bir neçə namizəddən hakim partiyadakı rəqibləri ilə bağlı fikirlərini öyrənib.

Müsavat Partiyasının başqanı Arif Hacılı 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairə üzrə YAP-ın namizədi hazırda millət vəkili olan Hüseynbala Mirələmovdur. Müsavat başqanı “Qafqazinfo”ya açıqlamasında YAP-ın siyahısının onun üçün gözlənilməz olmadığını bildirib: “Siyahı əsasən uzun illər ərzində millət vəkili olaraq öz funksiyasını yerinə yetirməmiş adamlardan və Azərbaycan cəmiyyətinin tanımadığı, heç bir siyasi fəaliyyəti olmayan namizədlərdən ibarətdir. Təbii ki, ölkədə azad və ədalətli seçkilər keçirilsə, belə siyahıyla seçkilərdə uğur qazanmaq qeyri-mümkündür. 33-cü dairədən namizədə gəldikdə isə, bu da mənim üçün gözlənilməz olmadı. Çünki YAP-ın ümumi siyasətinə uyğun olaraq namizədlərin bütün dairələr üzrə, o cümlədən də mənim dairəm üzrə belə olacağı gözlənilən idi”.

Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairə üzrə YAP-ın namizədi Samirə Həsənovadır.
G. Aslanlı “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, təqdim olunan siyahıda nəinki Azərbaycan cəmiyyətinin, hətta jurnalistlərin də tanımadığı xeyli adamlar var: “O cümlədən də mən Samirə Həsənovanın adını o siyahıda görmüşəm. Bildiyim qədəri ilə Binəqədi bələdiyyəsinin üzvüdür. Xanımdır, partiya tərəfindən namizədliyi irəli sürülüb, bu onun konstitusion hüququdur, hörmətlə yanaşıram. Amma mənim üçün rəqib ola biləcək, Azərbaycan xalqının tanıdığı bir adam deyil”.

Müsavat başqanın müavini Elman Fəttah 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairə üzrə YAP-ın namizədi Paşa Nəbiyevdir.

E. Fəttah “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun dairəsindən namizəd olan şəxs Şirvan təhsil şöbəsinin müdiri Nəbiyev Paşadır: “Amma mən hlə düşünmürəm ki, YAP-ın siyahısında yer almış şəxs mənim rəqibimdir. Adətən hökumət sonradan bir çox dairələrdən müstəqil adı ilə başqa namizədləri göstərir. Rəqibim, adını elan etdikləri şəxs Nəbi Paşayev olacaqsa, hesab edirəm ki, zəif bir rəqibdir. İctimai-siyasi fəaliyyətlə məşğul olan şəxs deyil, Hər halda Azərbaycan vətəndaşıdır, onun haqqıdır ki, namizədliyini irəli sürsün”.

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı 29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən YAP-ın namizədi Şəmsəddin Hacıyevdir.

N. Sadıqlı “Qafqazinfo” ya açıqlamasında sözügedən dairədən şansının yüksək olacağını hesab edir və Şəmsəddin Hacıyevlə rəqabətə hazır olduğunu qeyd edib.

Müsavat başqanın müavini Razim Əmiraslanlı 120 saylı Cəbrayıl- Qubadlı seçki dairəsindən namizdəliyini irəli sürüb. Həmin dairə üzrə YAP-ın namizədi hazırda millət vəkili olan Astan Şahverdiyevdir.

R. Əmiraslanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, YAP–ın siyahısında qeyri adi heç nə görmür: “ Ənənəvi olaraq YAP-ın siyahısı mindaşdır. Heç vaxt özünü, seçilərinin etimadını qazanmayan şəxsləri yenidən namizəd irəli sürüblər. Astan Şahverdiyinin yenidən namizəd irəli sürülməsi isə onu göstərir ki, YAP-ın yerlərdə etimad göstərdiyi adamlar yoxdur. Onlar nə günə qalıblar ki, artıq 120-ci dairədən də iki çağırış Milli Məclisə deputat seçilən və heç bir iş görməyən, on ildə iki dəfə belə çıxış edə bilməyən şəxsi yenidən namizəd irəli sürüblər. Astan Şahverdiyevin səs qazanmaq şansı sıfıra bərabərdir”.

Müsavat Divanın üzvü, tanınmış vəkil Nemət Kərimli 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən YAP-ın namizədi Kəmaləddin Qafarovdur.

N. Kərimli “Qafqazinfo”ya açıqlamasında həmin o namizədi tanımadığını bildirib: “Hesab edirəm ki, həm özümə, həm də Müsavat Partiyasına görə həmin dairədən qalib olacağam”.

Müsvat Partiyasının tanınmış Məclis üzvü Arzu Səmədbəyli isə 8 saylı Binəqədi seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairə üzrə YAP-ın namizədi Aysel Əlizadədir.
A. Səmədbəyli “Qafqazinfo”ya açıqlamasında bu dairədən alternativ şəxs olaraq Oqtay Əsədovu gözlədiyini, onun isə 45-ci dairədən namizədliyini irəli sürdüyün qeyd edib: “Aysel Əlizadəni tanımıram. Bu dairədən qalib gələcəyimə əminəm. 2005- ci ildə çox böyük mübarizə apararaq, qalib gəlmişik, o cümlədən 2010- cu ildə də qalib gəlmişik. Amma nəticələr saxtalaşdırıldı. Avropa Məhkəməsi bu günlərdə seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı qərar verəcək”.

Qeyd edək ki, 15 saylı Yasamal Birinci Seçki Dairəsində Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin rəqibi Aslanov Bayram Mirazim oğludur.

Həmçinin oxuyun

Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır

Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində …

Bir cavab yazın