Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Müxalifət liderlərinin azarkeşlik etdiyi futbol komandaları hansıdır?

Müxalifət liderlərinin azarkeşlik etdiyi futbol komandaları hansıdır?

Dünyada ən çox izlənilən idman növlərindən biri, bəlkə də ən birincisi futboldur. Dünyada, eləcə də ölkəmizdə bir çox tanınmış siyasətçilərin azarkeşlik etdiyi sevimli futbol komandaları var. Maraqlıdır, bəs ölkənin tanınmış siyasiləri ölkə çempionatında, eləcə də 10 gündən sonra başlayacaq futbol üzrə Avropa çempionatında hansı komandaya azarkeşlik edirlər?

Müsavat Partiyasının başqanı Arif Hacılı yerli premyer-liqada favoritinin “Qarabağ” komandası olduğunu bildirdi:
“Gənc yaşlarımda ciddi futbol azarkeşi olmuşam. Təbii ki, sevimli komandam “Neftçi” idi. Əvvəlki kimi olmasa da, indi də futbolla maraqlanıram. Mühüm çempionatları izləyirəm. Azərbaycan və Tükiyə yığma komandalarına, beynəlxalq yarışlarda da Azərbaycanın və Türkiyənin futbol klublarına azarkeşlik edirəm. “Qarabağ”a isə çoxdan, bu komanda hələ çempion olmadığı dövrlərdən azarkeşklik edirəm”.

Ümid partiyasının sədri İqbal Ağazadə də azarkeşlik etdiyi komandaların adlarını açıqladı:
“Futbolu sevirəm və izləyirəm. Azərbaycanın “Neftçi” və “Qarabağ” komandalarının, demək olar ki, bütün oyunlarını izləyirəm. Türkiyədən isə daxili çempionatda “Beşiktaş”ı , beynəlxalq turlarda isə istər “Fənərbaxça”, istərsə də “Qalatasaray”ın oyunlarını izləyirəm. Avropa çempionatında da təbii ki, Türkiyəyə azarkeşlik edəcəm”.

Ümid partiyasının sədri dəfələrlə “Neftçi” və Qarabağ”ın oyunlarına gedib canlı izlədiyini bildiridi:
“Çox təəssüf ki, “Qarabağ”ın final oyununa gedə bilmədim, çünki Bakıda deyildim”.
ADP sədri Sərdar Cəlaloğlu isə ümumiyyətlə futbol izləmədiyini bildirdi:
“Bircə üzgüçülüklə məşğulam, vəssalam. Heç bir futbol oyunlarını izləmirəm”.

“Ağ blok”un təsisçilərindən olan Tural Abbaslı “Neftçi”nin azarkeşi olduğunu dedi:
“Azərbaycanda təbii ki, milli komandaya azarkeşlik edirəm, bu, birmənalıdır. Maksimum imkanımız olduqca ev oyunlarına getməyə çalışırıq. Azarkeşlik baxımından praqmatik deyil, daha çox romantikəm. Hətta Azərbaycan Braziliya görüşündə Azərbaycanın udacağı ümidi ilə oyuna gedirəm. Amma təbii ki, nəticələr başqa olur (gülür).

Gözümüzü açandan “Neftçi”ni görmüşük. Bu gün də onun azarkeşiyəm. Təbii ki, “Qarabağ”ın Avropa liqasındakı kubok oyunlarındakı iştirakını, artıq klub azarkeşliyi deyil, dövlətin simvolu olan “Qarabağ”ı dəstəklədik”.

Tural Abbaslı Avropa çempionatında Türkiyənin futbol komandasına azarkeşlik edəcəyini bildirdi:
“Bir azdan Avropa çempionatı keçiriləcək. Avropa və dünya çempionatlarında Azərbaycan komandaları iştirak etmədikdə ilk növbədə ikinci böyük vətənimiz, Türkiyənin futbol komandalarına, onların uğur qazanması üçün azarkeşlik edirik. İşdir, əgər bu və ya digər səbəblərdən Türkiyə bu çempionatlara çıxa bilməyəndə Almaniyaya azarkeşlik edirəm”.

KXCP sədri Mirmahmud Mirəliğolu ADP sədri Sərdar Cəlaloğlu kimi heç bir futbol komandasına azarkeşlik etmədiyini deyib:

“Maraq dairəmdə elə bir komanda yoxdur. Amma ümumi olanda elə-belə baxıram. Vaxtım olanda “Qarabağ”ın oyunlarına baxır, onun uğurlarına sevinirəm”.
Musavat.com

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın