Ana səhifə / Sosial / “Müxalifət həddindən artıq gücsüzdür” – Aydın Mirzəzadə

“Müxalifət həddindən artıq gücsüzdür” – Aydın Mirzəzadə

“Azərbaycan müxalifətində ictimai fəallıq yoxdur. Onlar üzərlərinə düşən siyasi məsuliyyəti dərk edib, yerinə yetirə bilmirlər”.

Bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasının Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

YAP-çı deputatın fikrincə, müxlifət partiyaları, təmsilçiləri ölkədə hər hansı bir əlamətdar hadisənin olmasını gözləyirlər ki, həmin vaxtda üzə çıxıb, mətbuatda görsənsinlər: “Bizdə müxalifət nümayəndələri konkret işlə məşğul olmurlar. Onlar siyas fəaliyyətdən çox sosial şəbəkələrdə status yazmaqla, ara-sıra mətbuatın gündəminə gəlməklə varlıqlarını göstərmək istəyirlər. Bu isə ciddi siyasi fəaliyyət hesab oluna bilməz”.

A.Mirzəzadə qeyd edib ki, müxalifət daim gündəmdə qalmaq üçün müxtəlif yollara əl atır: “Referendumdan sonra yeni seçkinin keçirilməsi ilə bağlı məlumat olmaya-olmaya guya növbədənkənar seçkilərə hazırlaşdıqlarını bəyan etdilər. Bu isə gündəmdə qalmağa hesablamış addımdır. Qarşıdan 2018-ci ildə keçiriləcək prezident seçkiləri gəlir. Müxalifət bir qayda olaraq yenə seçki ərəfəsində fəallaşacaq. Sonradan sükuta qərq olacaq. Bir sözlə, onlar cəmiyyətin maraqlarını müdafiə etmək, onu səsləndirmək həvəsində deyillər. Bu xarakterik xüsusiyyəti özləri də yaxşı bilirlər. Bu səbəbdən müxalifət həddindən artıq gücsüzdür, insanlarda onlara qarşı inam yoxdur”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın