Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Mütəllibov imtiyazlardan məhrum edilsin” –VİP sədrindən İlham Əliyevə çağırış

“Mütəllibov imtiyazlardan məhrum edilsin” –VİP sədrindən İlham Əliyevə çağırış

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Azərbaycanın dövlət müstəqilliyinə həqarət edən keçmiş prezident Ayaz Mütəllibovun imtiyazlardan məhrum olunması təşəbbüsünü irəli sürüb.

Bu barədə özünün “Facebook” səhifəsində yazan VİP sədri Əli Əliyev prezident İlham Əliyevə çağırış edib:

“Haqqın.az saytında SSRİ-nin dağılmasının 25 illiyi ilə bağlı yazıda keçmiş Azərbaycan Respublikası prezidenti Ayaz Mütəllibovun müsahibəsi yer alıb (http://haqqin.az/news/86925).
Müsahibədə eks-prezident SSRİ-nin dağılması prosesindən təəssüf və ürək ağrısı ilə danışır. Keçmiş imperiyanın dağılmasını “tarixin səhvi” adlandıran Mütəllibov, Qorbaçov və Yeltsin haqqında mənfi fikirlər səsləndirir. SSRİ-nin dağılmasını bir faciə kimi qiymətləndirən keçmiş kommunist-prezident, imperiyanın saxlanması üçün təşəbbüslərə zamanında hazır olduğunu, Belovejsk sazişi imzalanmasına dəvət olunmamasını SSRİ-nin dağılma səbəbi kimi təqdim edir. Orada olacağı təqdirdə Azərbaycanın müstəqil olacağına dair əlindən gələni edəcəyini bildirir. Bu adam müstəqil və suveren Respublikanın dövlət imtiyazları ilə yaşayan, ömür sürən birisidir. Çəkinmədən Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həqarət nümayiş etdirir.
Gör bir YAP Azərbaycanı hansı günlərə yuvarlatdı. Müstəqillik əlehinə 1991-ci ilin martında səs verənlər dövlət postlarında, Parlamentdə təmsil olunur, kef-damaqda yaşayırlar. Respublikanın bayrağı və gerbini Rəsulzadə versiyasında Parlamentə gətirən, Müstəqillik aktını imzalayan ilk Prezident müstəqilliyə 25 ildən sonra hörmətsizlik nümayiş etdirir.
Anlayıram ki, bu müsahibə hakimiyyətin siyasi dəsti-xəttini yönləndirənlərə xoş gəlmək üçün verilib. Amma bu qədər də buqələmunluq etmək olmaz axı! İxtiyar yaşında birinin özünü bu qədər təkzib etməsi onun özünə ziyandır. Bu fakt bir daha göstərir ki, Ayaz Mütəllibov siyasətdə təsadüfi adamdır, heç bir siyasi duyumu mövcud deyilmiş. Sən demə axına düşmüş çör-çöp kimi bu illər ərzində divara dəyə-dəyə mövcud olub. Biz hansı Mütəllibova inanaq? Dövlət müstəqilliyi aktına imza atan, Rəsulzadə dövlətini bərpa edən, onu dünyada tanıdan heyət formalaşdırıb dünyaya göndərən, ermənilərə qarşı prinsipial mübarizə aparanamı, yoxsa 1990 cı ildə Şəhidlərin qanı üzərində hakimiyyətə gələn, 1991-ci ilin martında referendumu təşkil edib SSRİ-ni qorumağa çalışan, Azərbaycandan qaçıb Moskvada gizlənən, belə müsahibə verib Azərbaycanın dövlət müstəqilliyindən təəssüflənən birisinəmi?
Prezident Əliyevə müraciət edərək, müstəqil dövlətin imtiyazlarına layiq olmadığını öz müsahibəsində ortaya qoymuş Mütəllibovu imtiyazlardan məhrum etməyə çağırıram. SSRİ-nin varisi Rusya Federasiyasıdır. Qoy, Mütəllibov Putindən imtiyaz dilənsin. Putin bundan yalnız sevinər.
Əslində siyasətçi şəxsiyyət, peşəkar olmadıqda, belə simptomatika üzə çıxır. Belə dəyişkən şəxslərə flüger də deyirlər. Almaniyada flügerlərin maraqlı forması və yaxşı adı da var”.

VİP mətbuat xidməti

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın