Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / Müsavatdan növbəti istefa…

Müsavatdan növbəti istefa…

Müsavatın VIII qurultayından sonra partiyada ciddi qalmaqallar, istefalar yaşanmaqdadır. Müsavatın 1992-cü ildən formalaşmış və 2014-cü ilə kimi qalan elitası demək olar ki, dağıldı – xeyli tanınmış siyasətçilər, ziyalılar, elm adamları bir-birinin ardınca partiyadan istefa verdilər. Bu qopmaların əsas səbəbi partiya başqanlığına gətirilən Arif Hacılı amili idi. Müsavatda ziyalı təbəqə, partiya elitası A.Hacılını heç zaman qəbul etməyib. Bunun bir səbəbi onun intriqabaz olmasıdırsa, başqa səbəbi A.Hacılının Müsavatın başqanı postuna layiq bilinməməsidir. Bir başqa səbəb isə bu adamın partiyadaxili demokratiyaya, fikir müxtəlifliyinə dözümsüz yanaşmasıdır.

Deyilənə görə, A.Hacılı fərqli fikir bildiriənləri, onu yüngülcə tənqid edənləri belə bağışlamır, dərhal partiyadakı qohum-əqrəbasına tapşırıq verir ki, bu adamların üstünə getsinlər, onlara mənəvi-psixoloji təzyiq göstərsinlər, facebook və digər sosial şəbəkələrdəı barələrində olar-olmaz təhqirlər yazsınlar.

Ona görə də, iki ilə yaxındır ki, Müsavatı yüzlərlə insan tərk edib. Bu günlərdə partiyanın Qaradağ təşkilatının keçmiş sədri, Şura üzvü Akif Nəcəfli Müsavatdan istefa verdi. A.Nəcəfli 2006-cı ildən 2016-cı ilin mart ayına kimi Qaradağ RT-nin rəhbəri olub. O, istefasının səbəbi kimi aşağıdakıları göstərmişdi: “Partiyanın 8-ci qurultayında Arif Hacılı başqan postuna gətiriləndən sonra təşkilatda azad sözə, demokratik fikirlərə basqılardan narahatlığımı dəfələrlə ifadə etsəm də, heç bir müsbət addımın atıldığının şahidi olmamışam, əksinə, bu basqıların getdikcə repressiv tədbirlərlə əvəzləndiyini böyük təəssüf hissi ilə müşahidə etmişəm. Müsavat Partiyasını ələ keçirmiş bir qrupun 2015-ci il parlament seçkilərindəki siyasi oyunbazlığı indi də davam etməkdədir. Belə ki, seçki məntəqələrinin dörddə birinə nəzarət etmək gücündə olmayan bir təşkilatın əvvəl seçkiyə gedib, seçkiyə iki gün qalmış boykot taktikası seçməsi anlaşılan deyil və bu vəziyyət indi də davam etməkdədir. Hesab edirəm ki, bu, hakimiyyətin hərəkətlərinə legitimlik donu geyindirməkdir. Odur ki,Müsavat Partiyasının son dövrlərdə tutduğu siyasi xəttin müxalifətçilik oyunu olduğunu, partiyanın siyasi qalmaqallarla gündəmi dəyişdirməyə cəhd etdiyini düşünərək Müsavat Partiyasının sıralarından istefa verirəm!”

Elə həmin gün, avqustun 7-də partiyadan daha bir tanınmış şəxs istefa verib. Müsavatın Suraxanı rayon təşkilatının üzvü, şair İlqar Atabəyli (Quliyev) təşkilatdan getdiyini bildirib. Onun bəyanatını sabiq müsavatçı Rövşən Dəmirli özünün facebook hesabında yayıb.

Bu arada indiki və keçmiş müsavatçılar sosial şəbəkələrdə hazırkı partiya rəhbərliyinə, xüsusilə də Arif Hacılıya sərt ittihamlar ünvanlayırlar. Onlardan biri də Əli Rza-Ələkbər adlı keçmiş partiya üzvüdür. O, öz facebook hesabında yazır: “Əliyev iqtidarının illərdi dağıtmaq istədiyi, amma dağıda bilmədiyi Müsavat partiyasını saxtakar Arif Hacılını başqan postuna gətirərək dağıdan YAP iqtidarına mükafat düşür”. O, müsavatçılara müraciət edərək deyib ki, M.Ə.Rəsulzadınin əmanəti olan Müsavat Partiyasını Arif Hacılının inhisarından qurtaraq. Musavat.com

Həmçinin oxuyun

Məişət texnikası və mobil telefon alarkən diqqətli olun – VİDEO

Elektron məşiət avadanlıqları demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzən aldığımız bu növ …

Bir cavab yazın