Ana səhifə / Sosial / Müsavatdan Milli Şuranın mitinq qərarına incik münasibət…

Müsavatdan Milli Şuranın mitinq qərarına incik münasibət…

“Təəssüf ki, müraciətimizə müsbət yanaşılmadı…”

Milli Şura 11 sentyabr tarixinə mitinq təyin edib.
Maraqlıdır, görəsən, bir zamanlar Milli Şura ilə eyni qurumda təmsil olunan Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılacaqmı?
Moderator.az – a açıqlama verən Müsavat Partiyasının təşkilat komitəsinin sədri Razim Əmiraslanov bildirdi ki, onların partiyası ayrıca mitinq keçirəcək:
“Biz Milli Şuranın təyin etdiyi mitinqi müzakirə etmirik. Müsavat Partiyası da artıq sentyabrda mitinq keçirmək haqqında qərar qəbul edib. Ondan əvvəl biz müxalifətin birlikdə kütləvi aksiyalar keçirilməsini təklif etmişdik, amma təəssüf ki, müraciətimizə müsbət yanaşılmadı. Milli Şura bizə mitinqdə iştirak etməklə bağlı rəsmi müraciət etməyib. O üzdən bu mitinqdə rəsmi olaraq iştirakımız gözlənilmir, amma üzvlərimizin iştirakına da qadağa qoyulmayacaq”..

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın