Ana səhifə / Sosial / “Münaqişə artıq iki ölkənin məsələsi deyil” – Araz Əzimov

“Münaqişə artıq iki ölkənin məsələsi deyil” – Araz Əzimov

“Beynəlxalq qurumlar münaqişələrin həllinə töhfəsini verməklə məsələyə beynəlmiləl yanaşma gətirməlidir. Azərbaycan 25 ildən çoxdur münaqişə şəraitində yaşayır. Münaqişənin nizamlanması üçün onun erkən vaxtında müraciət edilə bilərdi, lakin bu, heç zaman gec hesab olunmur. ”.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

A.Əzimov bildirib ki, münaqişə artıq iki ölkənin məsələsi deyil: “Burada artıq məsələ region çərçivəsindən çıxır. Oxşar şəraitin yaranmasına qarşı çıxmaq üçün preventiv tədbirlər görərək, əvvəllər münaqişələrin həlli ilə bağlı təcrübələrdən çıxış edərək sülhün bərqərar olmasına zəmin yaratmaq olar. Lakin bəzən qonşu cəmiyyətlərdə beynəlxalq qanunun tanınması və bu sahədə savadın olması şübhə yaradır. Beynəlxalq qanun prinsipindən çıxış edərək hər bir tərəf bu qanunlara hörmət etməldir, beynəlxalq qurumlar bu cəmiyyətlərə bunu aşılamalıdır. Bu istiqamətlərdə ekspertlər işləməlidir” .(AzVision.az)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın