Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Müharibə veteranlarına 130 manat müavinət veriləcək?

Müharibə veteranlarına 130 manat müavinət veriləcək?

Azərbaycanda müharibə veteranlarına verilən müavinətin artırılması təklif edilib.

Bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində müavinət verilir: “Təklif edirəm ki, həmin müavinət 130 manata qaldırılsın”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …