Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Sosial / Müğənni Əkbər: “39 yaşım var, heç kimi sevməmişəm” – Video

Müğənni Əkbər: “39 yaşım var, heç kimi sevməmişəm” – Video

Tanınmış müğənni Əkbər  “Məndən ayrılma” adlı yeni klipi üçün təqdimat mərasimi keçirib.

Media nümayəndələrini başına toplayan müğənni ekran işinin nümayişindən sonra təəssüratlarını bölüşüb:

“Mən tək-tək müsahibələr versəm də, 1995-ci ildən bəri ilk dəfədir ki, medianın hamısını bir araya toplamışam. Çox şadam ki, yanımdasınız. Yeni mahnımın sözləri Leyli Erola, musiqisi Hakan Erola aiddir. Klipi isə gənc videoqraf Eko Ağalarova həvalə etdim. Sadə görüntülərdən bir klip ərsəyə gətirdik və ürəyimcə oldu. Belə olmasaydı, sizi bir araya toplamazdım”.

O daha sonra jurnalistlərin suallarına cavab verib. Müğənni bildirib ki, efirə az çıxmasının səbəbi verilişləri bəyənməməsidir:

“Əkbər gündəmdə deyilsə, bu, o demək deyil ki, Əkbər bütün günü evdə oturur. Bəzi müğənnilər kimi ildə bir dəfə çıxıb demir ki, mən qayıdıram. Şəkərbura kimi Novruzda ortaya çıxırlar. Mən sənətim üzərində işləyirəm. Gündəm sözü mənim üçün bir az qaranlıq sözdür. Hansı efir var ki, müğənni özünü orada göstərə bilsin? Bir saat efir gedir, 45 dəqiqə sosiska və kolbasadan danışırlar. Mən həmin efirlərə bir az şübhəli baxıram. Fərqli proqramlara çıxıram, çoxuna çıxmıram, düz edirəm. Özümə qadağa qoymuşam”.

– İllərdir ki, sənətdəsiniz. Konsert vermək haqqında düşünürsünüz?

– Konsertə hazırlaşıram. Dinləyicilərə fərqli bir gecə yaşadacağam. Bir müğənni ilə duetim olacaq.

– Sponsorunuz varmı?

– Sponsorum yoxdur.

– Bu sözdən qorxursunuz?

– Qorxmuram, sadəcə, bizdə başqa mənaya yozurlar. Mənim heç vaxt sponsorum olmayıb. Klipi də öz hesabıma çəkmişəm.
– Şou-biznesdən uzaq gəzmənizin səbəbi nədir?

– Şou-biznesdə baş verənlərdən hamımızın xəbəri var. Açıqlamaq istəmirəm. Açıqlasam, aləm qarışar. Uzaq gəzmək daha yaxşıdır.

– Müğənni Zamiq Hüseynov deyib ki, efirlərə tək çıxmaq istəyir. Onun bu tələbini necə dəyərləndirirsiniz?

– Zamiq gözəl müğənnidir. Öz seçimidir. Daha mən də efirlərə tək çıxacağam.

– Hazırda müğənnilər musiqili meyxanaya  üstünlük verir. Siz də oxuyarsınızmı?

– Mən musiqi akademiyasını bitirmişəm. Heç vaxt musiqili meyxana oxumaram.  Meyxanannı meyxanaçılar oxusun.

– 39 yaşınız var, subaysınız. Sevgi  sizin üçün nədir?

– Mənim üçün sevgi önəmli deyil. Buna önəm verirəm. Sevgi gəlir və gedir. Sevgiyə inanmıram. Ola bilər ki, kimsə məni sevmir, mən heç kimi sevmirəm. 39 yaşım var, indiyədək heç kimi sevməmişəm. 40-dan sonra da heç kimi sevməyəcəyəm.  (Musavat.com)

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …