Ana səhifə / Sosial / Müddət 2023-cü ilədək uzadıldı – Qərar

Müddət 2023-cü ilədək uzadıldı – Qərar

Prezident İlham Əliyev “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılıb.

Bununla da tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.

Həmçinin oxuyun

Azərbaycanda peyvənd olunanların sayı 400 minə çatır

Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə …