Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Mübariz Mənsimovun stadionunu da sel basdı

Mübariz Mənsimovun stadionunu da sel basdı

Aramsız yağan yağış Lənkəran Şəhər Mərkəzi Stadionuna da ciddi problem yaradıb.
Azinforum.az  xəbər verir ki, barədə unikal.org-a “Palmali” Şirkətlər Qrupunun Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib:
“Stadionun inzibati binalarının hamısına ciddi ziyan dəyib. Bu günə qədər belə hal olmamışdı. Gecədən bütün işçi qüvvəsi hadisə yerində çalışır. Qabaqlayıcı tədbir olmasaydı, ziyan daha da böyük olardı. Hazırda su çəkilib, amma palçıq qatlar qalıb. Bunun da tam təmizlənməsi üçün iki ay vaxt lazımdır. Maddi ziyan da çox böyükdür. Stadionun ot örtüyündə elə də problem yoxdur”.
Xatırladaq ki,Lənkəran Şəhər Mərkəzi Stadionu”Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun rəhbəri olduğu “Xəzər Lənkəran” futbol klubuna məxsusdur.

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …