Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Sosial / Müasir insanın “tənhalıq” dərdi adlı psixoloji – fəlsəfi seminar keçiriləcək

Müasir insanın “tənhalıq” dərdi adlı psixoloji – fəlsəfi seminar keçiriləcək

Müasir insanın “tənhalıq” dərdi adlı psixoloji – fəlsəfi seminar keçiriləcək.

Bu barədə məlumatı Azinforum.az-a seminarın təşkilatçısı Məcid Məcidli verib. Onun sözlərinə görə seminarda ilahiyyatçı Hacı Şahin Həsənli, həkim – psixoloq Araz Manuçehri və fəlsəfə doktoru Mail Yaqub ekspert kimi çıxış edəcəklər. Təşkilatçı bildirib ki, ümumilikdə cəmiyyətdəki psixoloji gərginlikdən, depressiya və tənhalıq, ailə psixologiyası, boşanmaların səbəblərindən söz açılacaq. “Düşündük ki bu mövzuda seminarın təşkili daha faydalı olar. Adətən tədbirlərimizdə aktual məsələləri gündəmə gətirib, insanların maariflənməsinə xidmət edirik. Bu dəfəki seminarımızın mövzusu da olduqca vacib məsələlərdəndir”.

Qeyd edək ki, seminar 23 fevral saat 14:00 -da Park İnn oteldə keçiriləcək. Tədbirin aparıcısı İradə Nurəddinqızıdır.

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – Faktiki hava

Ölkə ərazisində bu gün saat 21:00-a olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …