Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Müəmmalı şəkildə ölən 3 yaşlı qızın anası: Uşağın nəfəsi çıxmadı – VİDEO

Müəmmalı şəkildə ölən 3 yaşlı qızın anası: Uşağın nəfəsi çıxmadı – VİDEO

Dekabrın 3-ü səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natəvan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.

Ağır vəziyyətdə olan 4 yaşlı Natəvan Cabbarova Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Şəki MRX-nın məlumatına görə Natəvan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb. Valideynləri uşağın iki gün öncə lobya udduğunu və bu səbəbdən öldüyünü ehtimal edirlər.

“Uşaq üzü aşağı yatmağa başladı. Dedik çay verək, içmədi. “Soska”nı qoyduq, uşağın nəfəsi çıxmadı”, –  uşağın anası Vüsalə Lətifova deyib.

Uzun müddət Natəvanın müalicəsi ilə məşğul olan kənd həkimləri isə başqa səbəblər irəli sürür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …