Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Müəllimlərin dərs prosesində çətinlik çəkdiyini gördük” – Nazir

“Müəllimlərin dərs prosesində çətinlik çəkdiyini gördük” – Nazir

“Direktorların işə qəbulunda rekord sayda adam iştirak edib, 2863 nəfər test mərhələsindən, 1500-dən çox namizəd digər mərhələdən də keçib”.
Bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
O deyib ki, son həftələrdə öyrənmə prosesini ölçmək məqsədilə 24 məktəbdə monitorinq keçirilib: “Əsas məqsəd bu idi ki, uşaqların məktəblərdə nə qədər öyrəndiyini başa düşək. Keyfiyyətli saydığımız hallar var, amma bir çox hallarda məktəblərdə müəllimlərin hazırlıqsız gəlməsini, dərs prosesində çətinlik çəkdiyini də gördük. Öyrənmək istəyirik ki, müəllimin əsas ehtiyacı nədir, çünki hər gün uşaqlarla ünsiyyətdə olan müəllimlərdir, ona görə də bu, təhsilin keyfiyyətinə təsir edən məsələdir”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …