Bazar ertəsi , Avqust 8 2022
Ana səhifə / Sosial / Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq? – VİDEO

Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq? – VİDEO

Bəli artım təhsil işçilərini əməkhaqqına da şamil olunub. Nə qədər müəllimin maaşı artırılacaq və neçə faiz olacaq?. Bu barədə Təhsil Naziriliyində keçirilən brifinqdə nazir müavini İdris İsayev bütün suallara aydınlıq gətirib.

”Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Bu şəxslərin hamısı təhsil verən deyil. Onların müəyyən qismi müəllim, idarəedici, texniki işçilərdir”. Bunu təhsil nazirinin müavini İdris İsayev müəllimlərin əməkhaqqlarının artımı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bugünkü Sərəncamla dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, direktorların, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır. Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifə maaşı isə 40 faiz artırılır. Nazir müavini bilidirdi ki,  müəllimlər iki qrupa bölünür. Dövlət ümumtəhsil müəssisələrində təxminən 150 minə yaxın müəllim çalışır, bu müəllimlərin təxminən 82 faizi ali təhsilli müəllimlərdir. Bu gün onların orta aylıq vəzifə maaşları 564 manatdır. Bu vəzifə maaşları orta göstəricidir. Vəzifə maaşları müəllimlərin pedaqoji stajından asılı olaraq fərqlənir. 3 ildən 18 ilə qədər staj üzrə fərqli əmək haqqı mövcuddur.

Nazir müavini onu da bildirdi ki, bir sıra müəllimlərin maaşları daha da əhəmiyyətli dərəcədə artacaq. Bu ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir. İdris İsayev deyir ki, xüsusilə də lisey və gimnaziyalarda çalışan müəllimlər var. Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, onların vəzifə maaşları  əhəmiyyətli dərəcədə artacaq.

Əmək haqqı artımına dövlət ümumtəhsil müəssisələrində növbəti ildən 320 milyon manatdan artıq vəsait sərf ediləcək. Bu vəsaitlər dövlət büdcəsində artıq nəzərdə tutulub-deyə nazir müavini qeyd edib.

Həmçinin oxuyun

Şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında …