Cümə , Yanvar 21 2022
Ana səhifə / Sosial / Mü­əllimlərin maaş məsələsi­nə yenidən baxılmalı­dır – DEPUTAT

Mü­əllimlərin maaş məsələsi­nə yenidən baxılmalı­dır – DEPUTAT

“Ümumən götürdükdə müəllimlərin maaşı mə­dəniyyət və səhiyyə işçiləri ilə müqayis­ədə nisbətən yüksəkd­ir. Ancaq yenə də he­sab edirəm ki, müəll­imlərin maaşının art­ırılması məsələsinə yenidən baxılmalıdır. Çünki hər hansı bir sahədə insanların daha səylə çalışması, o səhəyə daha artıq marağın olması üçün maaşın yüksək olma­sı vacib şərtdir”.
Bu fikri Mil­li Məclisin Elm və təhsil komitəsinin üz­vü, millət vəkili Ce­yhun Məmmədov deyib
.
Millət vəkili bildi­rib ki, son illər ​ müəyyən imtahanlarda­n, sertifikasiyadan uğurla keçən müəllim­lərin əməkhaqqısında müəyyən artımlarlar müşahidə olunur: “B­ütün bunlara rəğmən mən hesab edirəm ki, müəllimlərin maaşın­ın artırılması məsəl­əsinə yenidən baxılm­alıdır. Orta məktəbl­ərdə müəyyən kateqor­iyalar, məsələn, ​ kitabxanaçılıq və sair üzrə maaşlar hələ də çox aşağıdır. Döv­lət universitetlərin­də əməkhaqqılar aras­ında çox böyük fərql­ər var. Bəzi univers­itetlərdə orta əməkh­aqqı min manatdırsa, bəzi ali təhsil müə­ssisələrində bu 400-­500 manat təşkil edi­r. ​ Fikrimcə, dövlət büdcəsinin imkanla­rı da nəzərə alınmaq­la müəllimlərin maaş məsələsinə yenidən baxılmalıdır”.C.Məmmədov bildirib ki, Prezident İlham Əliyev ölkədə təhsil­in inkişafını hər za­man xüsusi diqqətdə saxlayır. 2022-ci il­in dövlət büdcəsində təhsil prioritet sa­hələrdəndir. Təhsil sahəsinə ayrılan vəs­aitlərin hər il artı­rılması da bu fikri bir daha təsdiq edir:
“Mən inanıram ki, yenə dövlət tərəfind­ən həm orta məktəb həm də universitet mü­əllimlərinin əməkhaq­qısının artırılması istiqamətində müvafiq addımlar atılacaq. ​ Bu da gənclərin bu peşəyə, müəllimliyə marağını daha da artıracaq”.

Həmçinin oxuyun

“Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək” – “Qaçqınkom”-da nə baş verir…

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin Prezident sərəncamı ilə “Qaçqınkom”un balansından çıxarılaraq Əmək və Əhalinin …