Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / “MTN” işçisi: “Qeydiyyatdan çıxardıblar, qoyublar məni havada” – VİDEO

“MTN” işçisi: “Qeydiyyatdan çıxardıblar, qoyublar məni havada” – VİDEO

Rəna Abışova hərbi qulluqçu kimi evlə təmin edilməli olsa da, MTN-dən verilən sənədlərdəki problemlər ucbatından bu alınmır. Amma Abşeron Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcov yaşlı qadının adını ev növbəsinə salır. Lakin 2014-cü ildə icra hakimiyyətinin yeni başçısı İradə Gülməmmədova onun adını siyahıdan çıxarır. 

Ombudsman Elmira Süleymanovaya edilən müraciətdən sonra Abşeron rayon Polis İdarəsinin qeydiyyatına götürülür. Amma bu ildən qeydiyyatı ləğv olunub. Sentyabrda vaxtı bitəcək şəxsiyyət vəsiqəsini buna görə yeniləyə bilməyəcək. Nəticədə əlilliyə görə aldığı təqaüd də dayandırılacaq.

Həmçinin oxuyun

Rəqsanə İsmayılova “sələmçi polis rəisinin” onun evini mənimsədiyini deyir

“Nəyə görə Polis İdarəsində işləyən rəis insanlara pul verib, camaatı aldatmalıdır?” Bu sözləri müğənni Rəqsanə …