Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / MTN-in keçmiş rəhbərinin həbsinə hazırlıq gedir

MTN-in keçmiş rəhbərinin həbsinə hazırlıq gedir

Bir neçə həftə əvvəl Bakıda Avrasiya İttifaqı ideyasını dəstəkləmək və yaymaq üçün ümummilli hərəkatın yaradıldığı elan edildi.

Virtualaz.org saytı bu hərəkatın yaradılmasına dair xəbəri oxucularına çatdırıb. Söhbət qarşısına Bakıda ictimai və siyasi etirazları qızışdırmaq məqsədi qoymuş “Avrasiya hərəkatı”ından gedirdi.

Yeni rusiyapərəsət siyasi qüvvənin başında Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun dayanması isə əsl sürpriz idi.

SSRİ KQB-nin orta eşalonunun nümayəndələrindən biri olan Nəriman İmranov 90-cı illərin əvvəllərində öz  bədnam rolunu oynadı. 1994-cü ilin oktyabrında o dövrlərin “rus partiyası”nın rəhbəri olan keçmiş baş nazir Surət Hüseynovun başçılığı ilə kremlyönümlü revanşistlərin qiyamına dəstək verdi. Sonradan aydın oldu ki, məhz Nəriman İmranovun  MTN-in təcridxanasından Heydər Əliyevə qarşı silahlı müxalifətin əsas şəxsləri Əlikram Hümbətov, Rəhim Qazıyev, Baba Nəzərli və Arif Paşayevin qaçırılmasında birbaşa əli var. Daha sonra məhz N.İmranovun sayəsində ifşa olunmuş qiyamçı-Surət Hüseynov Azərbaycanın sərhədlərini maneəsiz keçə bilmişdi.

Heç kimdə şübhə doğurmurdu ki, N.İmranov Azərbaycan elitasında Rusiya xüsusi xidmət orqanlarıın əsas dağıdıcı qüvvəsidir, hakimiyyətə gələndən dərhal sonra öz xarici siyasətində qərbə meyli gücləndirən Heydər Əliyevi devirmək yolu ilə rusiyameylli qüvvələrin hakimiyyətə gəlişinə hər cür dəstək verir.

Əlbətdə, qiyamın yatırılmasından və Surət Hüseynovun qaçmasını təşkil edəndən (S.Hüseynovun konspirativ mənzildə məhz N.İmranov gizlətmişdi və ölkəni tərk etməzdən əvvəl onunla görüşüb söhbət etmişdi) dərhal sonra xüsusi xidmət orqanının rəhbəri həbs edilib güllələnmə cəzasına məhkum edildi.

Azərbaycanda ölüm cəzasının ləğv edilməsindən sonra N.İmranovu ömürlük həbs cəzasına məhkum etdilər. Və ancaq siyasi məhbuslar problematikasının aktuallaşması, Azərbaycanın Avropa Şurasına üzvlüyü 90-cı illərin əvvəllərində qəddar siyasi oyunlara qarışmış keçmiş siyasətçilərin və məmurların əfv olunaraq azadlığa çıxmasına şərait yaratdı. Onların arasında Nərimn İmranov da var idi.

Azadlığa çıxandan sonra N.İmranov ölkənin sıravi vətəndaşı kimi öz həyatını yaşamaqda idi. Keçmiş nazir və keçmiş KQB-çi, möcüzə və bir sıra şərtlərin tarixi olaraq üst-üstə düşməsi sayəsində əvvəlcə ölüm cəzasından xilas olan, daha sonra Qobustan həbsxanasından çıxan biri nə etməli idi ki? Təsadüflər ona gözlənilməz hədiyyə kimi həyatını geri qaytarmışdı.

Və birdən, aydın səmada ildırım çaxması effektini verən xəbər yayıldı və məlum oldu ki, Nəriman İmranov böyük siyasətə qayıdır. Özü də Rusiya Ədliyyə Nazirliyinin yalançı generalı İlqar Qasımovla, Rusiyanın təsir agenti ilə və QRU-nun adamı olduğunu heç gizlətməyə də ehtiyacı olmayan biriylə. Məlum oldu ki, sovet xüsusi xidmət orqanlarının müxtəlif situasiyalarda sınaqdan keçirilmiş nümayəndəsi olan Nəriman İmranov yenidən xüsusi missiya ilə Bakıya göndərilib.

QRU-nun tamamilə mənasız da olsa məxsusi elementi İ.Qasımov Bakıda rusiyameylli siyasi platformanın gücləndirilməsi üçün 2000-ci illərin əvvəllərində Azərbaycanda göndərilmişdi.

Lakin Qasımov ona həvalə edilən vəzifənin öhdəsindən gələ bilmədi, adı bir sıra siyasi və korrupsiya qalmaqallarına qarışdı. Bundan əlavə İ.Qasımov Rusiyadakı azərbaycan diaspor təşkilatlarının vahid mərkəzdə birləşdirilməsi missiyasını da batırdı. Onun Bakının siyasi isteblişmentində özünə birtəhər yer eləmək cəhdləri də boşa çıxdı.

Bəli, yada salmaq lazımdır ki, məhz İ.Qasımov 2004-cü ildə Leyla Yunusu və onun əri Arif Yunusu QRU-nun Azərbaycan üzrə kuratorları ilə tanış etmişdi. Misirə ezamiyyətə gedən Leyla Yunus Moskvada müvəqqəti ayaq saxladı. Ona Rusiya generallarının kabinetlərini dolaşmaqda məhz İ.Qasımov bələdçilik edirdi. Sonra məhz Moskvada L.Yunusun alman klinikalarından birində bahalı cərrahiyə əməliyyatını maliyyələşdirdilər.

Bu, Rusiya xüsusi xidmət orqanlarının Bakıdakı fəaliyyətinə dair ştrixlərdən biridir. Hansı ki, həmin fəaliyyəti Azərbaycanda yaxından izləyiblər və izləməkdə davam edirlər.

Sonralar İlqar Qasımov məhz Leyla Yunusun köməyi ilə və Moskvadan gələn güclü maliyyə dəstəyi hesabına milli-demokratlar düşərgəsindən qopanlardan ibarət yeni rusiyapərəst siyasi mərkəz yaratmağa cəhd etdi. Bu mərkəz milli qüvvə rolunda olmalı idi.

Lakin İctimai Forum yaratmaq cəhdləri tam iflasa uğradı. Məhdud intellekti, vəziyyəti anlamaq imkanlarının və siyasi xadim bacarıqlarının olmaması İlqar Qasımovun böyük siyasətə gəlişi yolunda əngələ çevrilib bu yolu onun üzünə bağladı. Hər şey onunla başa çatdı ki, İ.Qasımov əlində Andreyev bayrağı haradasa Donbasda peyda oldu. Ağır yol qəzasına düşdü. Bundan sonra bir neçə il səhhətinin qayğısına qalmalı oldu.

Bax budur, İ.Qasımov təxminən 10 ildən sonra çox qəribə şəkildə Bakının mərkəzində peyda oldu. BU dəfə Rusiya siyasi dairələrində çox populyar olan avrasiyaçılıq ideyası ilə… Özü də MTN-in sabiq başçısı Nəriman İmranovla birgə. İmranov isə bu vaxta qədər bir müddət Türkiyədə qızının yanında idi.

Mötəbər mənbələrin verdiyi məlumata görə, QRU-nun Bakıda təxribatçı-pozucu işləri fəallaşdırmaq üçün yeni təşəbbüsü Azərbaycanın ali dairələrində müəyyən əsəbiliklə qarşılanıb. Bu təşəbbüslər bu dəfə nə vaxtsa ifşa olunmuş iki Rusiya agentinin – Nəriman İmranovla İlqar Qasımovun çox qəribə şəkildə birləşməsi kimi ifadə olunurdu.

Hakimiyyət orqanları Rusiya xüsusi xidmət orqanlarının pərdəarxası dairələri qarşısında öz sarsılmaz iradəsini nümayiş etdirmək üçün qətiyyətli tədbirlər görməyə hazırlaşır və həm İmranovun, həm də Qasımovun həbsi imkanlarını nəzərdən keçirirlər. “Beşinci kolon” yaratmaq cəhdləri gələcəkdə də iflasa məhkumdur. Bakıda xarici qüvvələrin agentlərini özlərini ölkənin siyasi həyatında bu qədər sərbəst aparmasına heç vaxt imkan verməzlər. Buna sadəcə yol verməzlər.

Görünən budur ki, daha bir ələbaxan qüvvənin yaradılması cəhdləri iflasa uğrayıb. Yeni sui-qəsdin müəllifləri İmranovla Qasımov yaxın günlərdə həbs olunacaqlar. Hakimiyyətə yaxın məlumatlı mənbələr belə deyirlər. Görünür, yeni geosiyasi oyun başlayır…

Həmçinin oxuyun

“Xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 70-75%-nin yaşı 50-dən çoxdur” –Ramin Bayramlı

“Əsas hədəflərimizdən biri növbəti 2 həftə ərzində tibb işçilərinin peyvəndlənməsini tamamilə yekunlaşdırmaqdır. Ardınca 65 yaşdan …

Bir cavab yazın