Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “MTN-də kadr siyasəti “mama-papa” və pul amilinə əsasən həyata keçirilib”

“MTN-də kadr siyasəti “mama-papa” və pul amilinə əsasən həyata keçirilib”

“MTN-də kadr siyasəti “mama-papa” və pul amilinə əsasən həyata keçirilib”.

Bunu Moderator.az-a açıqlamasında sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bildirib. Ekspertin sözlərinə görə, sabiq MTN rəhbərliyi kadrları seçərkən onların bilik və bacarığına, səriştəsinə deyil, bu təyinatdan nə qədər vəsait əldə edəcəklərinə önəm verib:

“Bu təyinatlarda önəmli olan şəxsin kadr kimi bu vəzifəyə yararlılığı, bilik və bacarığı, lazımi tələblərə nə dərəcədə cavab verdiyi olmayıb. Önəm kəsb edən əsas amil kimin “mama”sının və ya “papa”sının harda işləməsi, kim olması və ya işə qəbul ediləcək şəxsin hansı məbləğdə “hörmət” edəcəyi olub. Hər şey daha çox qazanmağa, daha çox gəlir əldə etməyə hesablanıb. Məhz buna görə də nəticədə bu cür vəziyyət yaranıb. Layiqli kadrlar kənarda qalıb, lazımsız adamlar kadr kimi işə cəlb edilib.

Hesab edirəm ki, MTN-də son illər həyata keçirilən kadr siyasəti ilə bağlı aparılacaq araşdırmalar digər sahəlrədə olduğu kimi bu sahədə də ciddi problemlərin, acınacaqlı vəziyyətin mövcudluğunu üzə çıxaracaq”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın