Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / MSK-da parlament seçkiləri ilə bağlı müraciətlərə baxılıb

MSK-da parlament seçkiləri ilə bağlı müraciətlərə baxılıb

Bu gün Məzahir Pənahovun sədrliyi ilə noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Ekspert qrupu üzvləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılaraq operativ şəkildə iclasa çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunub.

Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın